İslam hüququnda zorlanma: Difference between revisions

no edit summary
[unchecked revision][unchecked revision]
No edit summary
Line 185: Line 185:


Şafinin bu məsələyə yanaşması bir qədər fərqlidir. Əsir götürülmüş yetkin məcusi və ya bütpərəst qadınlardan bəhs edərkən, o, onları zorla dinini dəyişdirmə məsələsini qaldırmadan, İslamı qəbul etməyincə onlarla heç bir cinsi əlaqəyə icazə verilmədiyini müdafiə edir. Əgər qadın əsirlər yetkinlik yaşına çatmayıblarsa, lakin valideynlərindən biri ilə birlikdə əsir götürülüblərsə, hökm eynidir. <b>Lakin, əgər qız uşağı valideynləri olmadan əsir götürülübsə və ya valideynlərindən biri İslamı qəbul edibsə, o, müsəlman hesab olunur və İslamı qəbul etməyə məcbur edilir</b> (<i>nahkumu lahā bihukm al-Islām wa nujbiruhā ‘alayhi</i>). <b>Bu baş verdikdən sonra onunla cinsi əlaqədə olmaq qanunidir.</b>}}
Şafinin bu məsələyə yanaşması bir qədər fərqlidir. Əsir götürülmüş yetkin məcusi və ya bütpərəst qadınlardan bəhs edərkən, o, onları zorla dinini dəyişdirmə məsələsini qaldırmadan, İslamı qəbul etməyincə onlarla heç bir cinsi əlaqəyə icazə verilmədiyini müdafiə edir. Əgər qadın əsirlər yetkinlik yaşına çatmayıblarsa, lakin valideynlərindən biri ilə birlikdə əsir götürülüblərsə, hökm eynidir. <b>Lakin, əgər qız uşağı valideynləri olmadan əsir götürülübsə və ya valideynlərindən biri İslamı qəbul edibsə, o, müsəlman hesab olunur və İslamı qəbul etməyə məcbur edilir</b> (<i>nahkumu lahā bihukm al-Islām wa nujbiruhā ‘alayhi</i>). <b>Bu baş verdikdən sonra onunla cinsi əlaqədə olmaq qanunidir.</b>}}
== Müasir baxışlar ==
İslam mənbələrinin qul azad etməyi hamılıqla fəzilətli bir əməl kimi tərifləməsi faktını nəzərə alaraq, bu gün əksər İslam alimləri köləliyin ən azı müvəqqəti ləğvi ilə razılaşsalar da, ilahi qanunların daimi və dönməz şəkildə dəyişdirilməsi ideyası ilə çox az adam razılaşır. Nəticə etibarilə, kölələrlə bağlı hüquqi hökmlər və müvafiq şəraitdə (məsələn, "legitim [[xilafət]]" idarəçiliyi altında) qul sahib olmağın texniki cəhətdən icazəli olması faktı hələ də qalmaqdadır; Səudiyyə Ərəbistanında yerləşən və dünyanın ən populyar İslam fətva saytı olan mənbədən götürülmüş aşağıdakı fətva da buna misaldır.{{Quote|1=
{{citation|url=https://islamqa.info/en/answers/13737/what-is-the-ruling-on-intimacy-with-slave-women | archiveurl=https://archive.fo/16upP| chapter= Fətva No. 13737: Qul qadınlarla intim münasibətin hökmü nədir?|publisher= Islam Q&A|date=18 Mart 2004|editor=Muhammad Salih al-Munajjid}}|2=Ağanın öz qadın qulu ilə intim münasibətinin icazəli olub-olmaması barədə sualınıza gəlincə, cavab budur ki, Allah buna icazə vermişdir. }}Eynilə, şəriətin bütün hökmlərində olduğu kimi, ailə münasibətlərini tənzimləyən əsas hökmlər də dəyişməzdir. Hətta bu gün belə, hansısa səviyyədə nikahdaxili zorakılığa icazə verməyən və digər vasitələrlə yanaşı, imkanı olan, lakin istəksiz həyat yoldaşını cinsi fəaliyyətə məcbur etmək üçün [[İslam hüququnda arvadın döyülməsi|arvadı döyməyə]] ümumi icazə verməyən etibarlı bir İslam avtoriteti tapmaq çətindir.{{Quote|{{citation|url= https://islamqa.info/en/answers/99756/his-wife-is-not-very-interested-in-intercourse-so-he-resorts-to-masturbation|chapter= Fətva No. 99756: Həyat yoldaşı intim münasibətə çox maraq göstərmədiyi üçün o, mastürbasiyaya əl atır| publisher= Islam Q&A|date=22 İyul 2007|editor=Muhammad Salih al-Munajjid|archiveurl=https://web.archive.org/web/20201204173121/https://islamqa.info/en/answers/99756/his-wife-is-not-very-interested-in-intercourse-so-he-resorts-to-masturbation}}|Əgər əri onu yatağına çağırarsa, arvadı ona tabe olmağa borcludur və əgər imtina edərsə, günah işləmiş sayılır. Çünki əl-Buxari (3237) və Müslimin (1436) Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Əgər bir kişi arvadını yatağına çağırsa və qadın gəlməsə, kişi də ona qəzəbli halda yatsa, mələklər səhərə qədər o qadına lənət edərlər.”}}Digərləri isə bu məsələlərdə müasir dəyərlərin tərəfində dururlar. Xalid Əbu əl-Fədl, müasir İslami baxışların köləlik və cinsi istismarla bağlı anlayışını ümumiləşdirən görkəmli islahatçı alimdir:{{Quote|Xalid Əbu əl-Fədl, "Böyük Oğurluq: İslamı Ekstremistlərin Əlindən Almaq"<ref name="alFadl">Khaled Abou al-Fadl, ''The Great Theft: Wrestling Islam from the Extremists'', HarperOne, 2009, s. 255</ref>|Məsələn, ən yüksək rütbəli puritan (sələfi) hüquqşünaslardan birinin son vaxtlar atdığı həqiqətən də vahiməli və narahatlıq doğuran addımı nəzərdən keçirin. Səudiyyəli hüquqşünas Şeyx Saleh əl-Fövzan, İslamda köləliyin nəinki qanuni olduğunu, hətta Səudiyyə Ərəbistanında qanuniləşdirilməli olduğunu iddia etdiyi bir "fətva" (hüquqi rəy) verdi. Əl-Fövzan daha da irəli gedərək, köləliyi pisləyən və qadağan edən İslam alimlərini cahillikdə və kafirlikdə ittiham etdi. Bu fətva xüsusilə narahatlıq doğuran və təhlükəlidir, çünki o, Körfəz bölgəsində və xüsusən də Səudiyyə Ərəbistanında "ev işçiləri" adlandırılan şəxslərin alverini və cinsi istismarını faktiki olaraq qanuniləşdirir.<BR />
Köləliklə bağlı mövqe iyirminci əsrin böyük hissəsində həll edilmişdi: köləlik qanunsuz və qeyri-əxlaqi hesab olunurdu və istisnasız olaraq bütün müsəlman ölkələri bu təcrübəni qanunsuz elan etmişdi. Ən əsası odur ki, müsəlman alimlərin əksəriyyəti köləliyin Qurani-Kərim əxlaqı və İslam inancının etik hədəfləri ilə bir araya sığmadığı barədə ağlabatan bir nəticəyə gəlmişdilər. Qısacası, köləliyin qadağan edilməsi artıq bağlanmış bir məsələ hesab olunurdu.}}
== Müasir revizionist baxışlar və onlara dair tənqidlər ==
=== Azadlıq və evlilik üçün tələb olunan cinsi əlaqə şərti ===
[https://quran.az/4 4:23-24]-cü ayələr bəzən bir kişinin kölə qadınla cinsi əlaqədə olması üçün ilk növbədə onu azad etməli və onunla evlənməli olduğu fikrinə sübut kimi təqdim olunur. Ayədə müsəlman kişinin evlənməsinə icazə verilən qadın növləri sadalanır və variantlardan biri kimi azad edib evlənə biləcəyi kölə qadınlar göstərilir. 4:23-24-cü ayələrdə nikahdan kənar kölələrdən bəhs edilməsə də, bir neçə digər ayə (məsələn, [https://quran.az/23 Quran 23:1-6] və [https://quran.az/70 Quran 70:29-30]) sahibinin arvadları ilə kölələri arasındakı cinsi əlçatanlıq fərqini açıq şəkildə qeyd edərək, evli olmadığı kölələrlə cinsi əlaqəyə aydın istinad edir. Məhəmməd peyğəmbərin səhabələrinin Bənu əl-Mustaliq qəbiləsindən olan əsirləri fidyə müqabilində azad etməzdən əvvəl (hansı ki, bu ssenari onların evli olmamasını qaçılmaz edir) zorlaması faktı da bu fikri təsdiqləyir.<ref>{{Bukhari|||4138|darussalam}}, {{Muslim||1438a|reference}},{{Muwatta|29||95}}, {{Abudawud||2172|darussalam}}, və {{Bukhari|||2229|darussalam}}</ref>
Bundan əlavə, İslam hüquqşünasları tərəfindən öz ağasının uşaqlarından birini dünyaya gətirən kölələr üçün istifadə edilən və hamılıqla təsdiq olunmuş "Umm Vələd" (hərfi mənada "uşaq anası") hüquqi kateqoriyası mövcuddur. Uşaq doğulduğu andan azaddır, ana isə sahibinin vəfatından sonra azad olur. "Umm Vələd" hüquqi cəhətdən azad anadan fərqlənir, çünki o, hələ də kölə hesab edilir. Doğrudan da, Səhih Müslümdəki bir hədisə görə, "Umm Vələd" konsepsiyası görünür hələ peyğəmbərin dövründə də mövcud olub; Məhəmməd peyğəmbərin həmin hədisdə səhabənin evli olmadığı kölə qızla cinsi əlaqədə olmasını bəyənməsi faktı məsələyə daha da aydınlıq gətirir.{{Quote|{{Muslim||1438g|reference}}|Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulunun (ﷺ) yanında əzl barədə söhbət düşdü və o buyurdu:
"Bunu niyə edirsiniz?" Dedilər: "Elə adam var ki, həyat yoldaşı uşaq əmizdirir və o, qadınla cinsi əlaqədə olarsa (qadının hamilə qalmasından) ehtiyat edir, çünki bunu istəmir. <b>Və digər bir şəxs də var ki, onun kölə qızına qarşı cinsi əlaqəsi var, lakin o, qızın hamilə qalmasını və beləliklə Umm Vələd olmasını istəmir</b>". Bunun üzərinə o (Müqəddəs Peyğəmbər) buyurdu: "Bunu etməsəniz belə, heç bir zərəri yoxdur, çünki bu (uşağın doğulması) əvvəlcədən təqdir olunmuş bir şeydir". İbn Aun dedi: "Mən bu hədisi Həsənə danışdım, o isə dedi: 'Allaha and olsun ki, sanki bu sözlərdə (əzlə görə) bir tənbeh var'".}}
=== Zorlanmanı qadağan etmək məqsədi ilə iffətə təşviq ===
Subay kişilərə iffətli olmağı, kölə sahiblərinə isə "cariyələrinizi fahişəliyə məcbur etməyin" deyə buyuran 24:33-cü ayə ([https://quran.az/24/33 Quran 24:33]), bəzən cinsi əlaqənin yalnız nikah daxilində icazəli olduğu və kölə sahiblərinin öz kölə qızlarını hər hansı bir cinsi əlaqəyə məcbur edə bilməyəcəyi fikrinə sübut kimi təqdim olunur.{{Quote|1={{Quran|24|33}}|2=<b>Qoy evlənməyə imkanı olmayanlar, Allah öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar.</b> Sahib olduğunuz kölələrdən (özünün azad olmasına dair sizdən) yazılı məktub istəyənlərə, – əgər onlarda bir xeyir görürsünüzsə – istədikləri məktubu yazıb verin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, <b>fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin</b>. Kim onları (bu işə) məcbur etsə, (bilsin ki), onlar məcbur edildikdən sonra Allah( onları )bağışlayar və Rəhm­ edər.}}Quranın Azərbaycan dilinə olan tərcüməsində '''əl-biğā’''' (ٱلْبِغَآءِ) sözü "[https://quran.com/24/33 fahişəlik]" əvəzinə "zina" və ya "zinakarlıq" kimi çevrilib. Ümumiyyətlə, bir çox termin tərcümə əvəzinə ərəb və ya farsmənşəli sözlərlə əvəz olunub. Məsələn, arvad əvəzinə zövcə, aybaşı əvəzinə heyz, kölə əvəzinə cariyə və ya kəniz və s.
İffətli olmaq Quran boyu nəsihət edilir və təkrarən "cinsiyyət üzvlərini" öz zövcələri (hansı ki, dördə qədər ola bilər) və "sağ əllərinin sahib olduqları" (yəni sayısız ola biləcək kölə qadınlar) istisna olmaqla, hər kəsdən qoruyan kimsənin vərdişi kimi müəyyən edilir (məsələn, [https://quran.az/23/6 Quran 23:6], [https://quran.az/33/50 Quran 33:50], [https://quran.az/33/52 Quran 33:52] və [https://quran.az/70/30 Quran 70:30]). Aydın görünür ki, Quran müəllifinin fikrincə, subay bir kişi texniki olaraq qeyri-məhdud sayda qadınla cinsi əlaqə də olsa belə, əgər həmin qadınlar onun kölələridirsə, o, iffətli hesab edilə bilər.
Ayənin kölə sahiblərinə "cariyələrinizi zinakarlığa məcbur etməyin" deyə buyuran hissəsi ənənəvi olaraq ən sadə mənasında başa düşülüb: bu, kölə sahiblərinin "vasitəçi" (qadınbazlıq edən) rolunu oynamasını və kölə qadınların alverini qadağan edir — qeyri-qanuni cinsi əlaqə üzərində qurulan belə bir fəaliyyət əlbəttə ki, qadağandır və bu cür başa düşüldükdə ayə yeni bir məna kəsb etmir. Bu ayənin qəbul edilən digər bir mənası isə odur ki, əgər bir kölə qadın özünün (və ya uşağının) azadlığını istəyirsə, ağası ona buna nail olmaq üçün bəzi hüquqi vasitələr verməlidir; əks halda, o, həmin azadlığı satın almaq üçün lazım olan vəsaiti qazanmaq üçün özünü fahişəliyə məcbur hiss edə bilər (ənənəvi təfsirlər həmçinin ağanın öz köləsini azadlıq şərti olaraq fahişəliyə məcbur etməsi kimi arzuolunmaz ehtimalı da qeyd edirlər). Kölə qızın xalqının qırıldığı və ya əsir alındığı (onu vəsaitdən məhrum qoyan) bir müharibədə yaxud basqında əsir düşmə ehtimalı nəzərə alınarsa, onda belə bir meyilin olması daha ağlabatandır və buna görə də ayə, bir kölə qızın belə bir davranışa sürüklənəcəyi təqdirdə Allahın bağışlayan olacağını deyərək yekunlaşır. Daha sadə mənada isə, əgər ağası onu fahişəliyə məcbur edərsə, Allah onun iradəsindən kənar olan bu işə görə onu bağışlayacaqdır.<ref>Xüsusi olaraq [https://tafsir.app/qurtubi/24/33 Tafsir Qurtubi 24:33]-ə baxın; həmçinin baxın [https://tafsir.app/tabari/24/33 Tafsir al-Tabari 24:33], [https://tafsir.app/ibn-katheer/24/33 Tafsir Ibn Kathir 24:33], və [https://tafsir.app/24/33 Tafsirs 24:33]</ref>


== İstinadlar ==
== İstinadlar ==
124

edits