72 Hüri (Bakirə)

Bu məqalədə Quran , hədislər və İslam alimlərinin 72 bakirə mövzusunda sözlərini araşdıracaq və bunlarla əlaqəli məntiqi səhvləri və təhrifləri göstərməyə çalışacağıq.

Error creating thumbnail: Unable to save thumbnail to destination
Bir rəssam tərəfindən 72 hürinin təsviri. Quran, hədislər və İslam alimləri müsəlman kişilərin cənnətdə bakirə qızlarla mükafatlandırılacağından bəhs edir.

Şəhvət dolu bir Cənnət

İslamda 72 huri məsələsi, Cənnətin şəhvət dolu olduğunu ifadə edir. Bunun təməlləri, inananların (kişilər) limon böyüklüyündə ya da tumurcuqlanmış sinələri olan bakirə qızlarla evlendiriləcəklərinin yazıldığı ayələrdir.

Gibril Haddad kimi çağdaş İslam alimləri, bəzi kişilərin sadəcə bu ayələri eşitdiyində belə qusl almağa ehtiyacı olacağını deyərək Quranın cənnətinin cinsi tərəfinə diqqət yönəldir.

El-Gazali və al-Ash'ari kimi ən-ənəvi İslam teoloqları cənnəttəki cinsi həzlər və cənnəti "alış vəya satışın olmadığı... amma istəyən kişinin, istədiyi qadınla həmin an əlaqəyə girə biləcəyi" bir cariyə bazarı olaraq tanımlayan hədis(lər) üzərində xeyli baş sındırmışlar.

İbni Kesir təfsirində , El-Suyuti tərəfındən də Ibn Majahdan istinadla “səhih” hədisdə bunlar deyilir: daim bakirə olan bu qızların "istək oyandıran cinsi orqanları" olacaq və cənnətlə mükafatlandırılmış kişilərin "orqanları əsla yumşalmayacaq. Daim sərt və dik qalacaq"

Cənnətdə inananlar ile hurilər arasındakı yaşanacaq şəhvət dolu əlaqələr iki səhih hədis toplayıcısı tərəfindən də təsdiq edilir. Bunlardan Səhih Buxaridə və Səhih Muslimdə də onların son dərəcə gözəl, bədənlərinin lətafətindən sümük iliklərinin belə rahatca görülə biləcək qədər narın olduğundan bəhs edilir və "inananların onları ziyarət edəcəkləri" deyilir.

Təriflər

Müxtəlif islami qaynaqlarda hurilərin tərif edildiyini görmək mümkündür. Bunlardan bəziləri:

Fiziki Özəlliklər:

  • Böyük və gözəl/alımlı gözlərə sahib (Quran 52:20 , 37:48 , 56:22)
  • İnci kimi (Quran 56:23)
  • Saç və kirpikləri xaric bədənində tük olmayan (Al-Tirmidhi, Sunan al-Tirmidhi, hadith: 5638)
Error creating thumbnail: Unable to save thumbnail to destination
78:33ün "şəhvətli bakirələr" olaraq edilən tərcümələrinə əlavə olaraq,[1] Səhih International bunu "dolğun sinəli həmyaşıd [ər-arvad]" olaraq tərcümə edir. Tafsir al-Jalalayn isə "və dolğun həmyaşıd (atrāb tirb'in cəm şəklidir) bakirələr (kawā‘ib kā‘ibin cəm şəklidir)" olaraq tərcümə edir. Bəzi İslam alimləri onların "əsla sallanmayan böyük, yuvarlaq sinələrə sahib olacağını deyirlər."

Error creating thumbnail: Unable to save thumbnail to destination
  • Gözəl ( Sahih Buhari 816)
  • Ağ dərili (Al Ghazzali, "Ihya Uloom Ed-Din (The Revival of the Religious Sciences) Vol. 4")
  • 60 zıra [45-54 metr] hündürlüyündə (Al Ghazzali, "Ihya Uloom Ed-Din (The Revival of the Religious Sciences) Vol. 4")
  • 7 zıra [5.3-6.3 metr] enində (Al Ghazzali, "Ihya Uloom Ed-Din (The Revival of the Religious Sciences) Vol. 4")
  • Dəriləri iliklərinə qədər görünəcək şəkildə incə ( Al-Tirmidhi, Sunan al-Tirmidhi, Vol. 2.)
  • Heç yaşlanmayan (Al-Tirmidhi, Sunan al-Tirmidhi, hadith: 5638)
  • Həmyaşıd (Muhammad Asad, The Message of the Qur'an)

Cinsi Özəlliklər:

  • Toxunulmamış / cinsi əlaqə ilə pərdələri cırılmamış (Quran 55:56 , 55:72-74)
  • Bakirə (Quran 56:36)
  • Şəhvətli/dolğun sinəli (Quran 78:33)
  • Əsla sallanmayacaq olan iri, yuvarlaq sinələrə sahib ( Tafsir Ibn Kathir, Abridged, Volume 10 Surat At-Tagabun to the end of the Qur'an)
  • Vajinası istək oyandıran, iştah açan ( Al-Suyuti, Al-Itqan fi Ulum al-Qur'an, p. 351)

Şəxsi Özəllikləri:

  • İffətli (Quran 37:48)
  • Baxışlarını saxlayan (Quran 55:56)
  • Mütəvazi baxışlı

Digər Özəlliklər:

  • Möhtəşəm (Muhammad Asad, The Message of the Qur'an)
  • Saf (Sahih Bukhari 816)
  • Aybaşı olmayan / tualet ehtiyacı olmayan və uşaq doğurmayan (Al-Tirmidhi, Sunan al-Tirmidhi, Vol. 2.)
  • Əsla narazı olmayan (Muhammad Asad, The Message of the Qur'an)
  • Təriflər söyləyən (Al Ghazzali, "Ihya Uloom Ed-Din, The Revival of the Religious Sciences, Vol. 4")

Həqiqət

Quranla bərabər, inanan kişilərin cənnətdə bakirələr ilə mükafatlandırılacağından bəhs edən bir çox qaynaq da olmasına baxmayaraq, kişilərə veriləcək olan hurilərin sayı haqqında tək bir hədisdən ibarət zəif bir referans olduğu düşüncəsi ilə 72 bakirə məsələsinin doğruluğuna şübhə edənlərin sayı heç də az deyil. Həqiqətdə isə, səhih sayılan bir çok fərqli hədis kitabında bu mövzu ilə əlaqəli müxtəlif rəvayətlər və ifadələr var.

Məsələn, etibarlı sayılan 6 hədisçidən biri olan İbni Maceyə istinadən: cənnətə girən hər kişiyə şəhvət dolu cinsi orqanlara sahib 72 qadın və daimi bir sərtlik veriləcək.

Altı böyük hədisçidən biri olan Tirmizinin Sünenində cənnət əhli üçün olan nemətlərin ən azı 72 huri olduğu deyilir. Bunun, bəzilərinin dediyi kimi, zəif hədislərdən olmadığına diqqət etmək lazımdır. Bu hədis hasen-səhih-garib sayılır. Yəni zəncirvari istinadlar silsiləsinə sahib olduğundan hasen, istinadlar etibarlı olduğundan səhih və yalnız Imam Tirmizi tərəfindən yazıldığı üçün də garibdir.

Gəzali kimi Müsəlman ilahiyyatçıların da doğruladığı kimi, 72 sayı tam olaraq məlumdur: [Peyğəmbər belə buyurur:] Cənnət əhlindən dərəcəsi ən aşağı olanın səksən min xidmətçisi, yetmiş iki zövcəsi vardır."

Bakirə yoxsa quru üzüm?

"Quru üzüm" aldatmacası Christoph Luxenberg ləqəbli çağdaş bir yazardan qaynaqlanır. Onun, Xristianlığı müdafiəsini güdməklə ititham edilən anti-islamçı yanaşması istiqamətindəki iddiası Quranın ərəbləri xristianlaşdırmaq üçün 8ci əsrin başlarında xristian Süryani yazmalarından alındığı və Aramicə 'hur' (ağ quru üzüm) sözünün ərəb tərcüməçilərə ərəbcə 'huri' (bakirə) sözünə (səhv) çevrildiyidir.

Quranın hurilərin fiziki özəlliklərinin göstərildiyi bir çox ayəti oxuduqda, Luxenbergin quru üzüm teoriyasının səhv olduğu aydın görünür.

Quru üzümlərin iri gözləri, sinələri, olmadığı kimi; baxışlarını ala bilməyən və iffətli ola bilməzlər, yuxarıda göstərilən digər özəlliklərin də heçbirinə sahib deyillər. Quran ayrıca inananların bu hurilər ilə evləndiriləcəklərini deyir. Kişilər isə quru vəya yaş üzümlə evlənə bilməzlər.

Əlavə olaraq, birinin bu "72 Quru üzüm" teoriyasını qəbul edə bilməsi üçün, Quranın Allah tərəfindən 7ci əsrdə ərəbcə Məhəmmədə göndərildiyi yerinə 8ci əsrdə xristian misyonerlər tərəfindən yazıldığını qəbul etməsi lazımdır.

Terrorizm

İntihar İslamda açıq şəkildə qadağan olunub, amma şəhadət əməliyyatlarında icazə verilə bilməsi (canlı bomba) İslam alimlərinin də görüş olaraq fərqli tərəflərdə yer aldığı, tamam ayrı bir mövzudur.

Dünyanın ən çox istinad edilən Islam hüquqçularından Shaykh Yusuf Al-Qaradawi , "Elmin Qurana uyğunluğu"nu müdafiə etməsi ilə tanınan Dr. Zakir Naik, Pakistan Ulema Şurası prezidenti Tahir Ashrafi kimi öndə gələn Islam alimi vəya müdafiəçiləri Islam adına həyata keçirilən intihar hücumlarını (kamikadze hüçumları) dəstəkləyirlər. Daha sonra anketlər də göstərdi ki, ümumi dünya müsəlmanların çoxu da canlı bomba tətbiqini dəstəkləyirlər.

Quran sadəcə şəhidlərin deyil, bütün inanan kişilərin bakirələr ilə mükafatlandırılacağını deyir. Bununla birlikdə, Quran ayrıca Allah yolunda savaşan (cihad edən) və bu yolda öldürülənlərə də "böyük bir mükafat" vəd edir, Bu sayədə 72 bakirə (huri) anlayışı müsəlmanların "şəhadət əməliyyatlarını" həyata keçirməsinə geniş ölçüdə kömək etmişdir.

Məsələn, Fələstində oğlunu şəhid olmaq üçün göndərən ananın, bəzən oğlunu "evləndirməkdə olduğu" şəklində də deyilir. və bu rəsmi tv yayınlarında cümə moizələrində də dilə gətirilir. Hətta bir dəfə İngiltərədə baş verən bir hadisədə, Müsəlman gənclərin cənnətdə 72 bakirə qazanmaq üçün şəhid olmaları, bunun üçün də Kalashnikov avtomatları istifadə etməyi öyrənmələri təlqin edilmişdir.

Quran, hədislər, alimlər və müsəlmanların dediklərinin əksinə, Margaret Nydell adında bir yazıçı "indiki ərəblər və qərblilər arası anlaşmanı dəstəkləyən" bir kitabında; Müsəlmanların cənnətdəki 72 bakirə inancının, xristianların ölümdən sonra onlara qanad verilib buludlarda gəzəcəklərinə inanmalarına bənzədiyini yazır.

Bununla bərabər, Quran da, Məhəmmədin hədisləri də cənnət əhlinə bakirələr veriləcəyi mövzusunda həmfikirdir.

Nəticə

Quran, şəhvət əsaslı cənnətində inanan kişilərə istəkli bakirələr vəd edir, amma bunların sayı haqqında dəqiq bir say vermir. Bütün bunların bir yanlış anlaşılma vəya bir yanlış şərh edilmə olması isə mümkün deyil, eləcə də (digər iddiadakı kimi) quru üzümlərin böyük gözləri olmadığı ilə bərabər, onları kişilərlə evləndirmək də mümkün deyil.

Etibarlı və səhih bir çox hədis qaynağı, tam sayı 72 olaraq ortaya qoyduqları bakirələrin özəlliklərini detallı təsvirlərlə də ifadə edərək Quranın sözlərini təsdiq edirlər.

Qaynaqlar ayrıca 72 bakirəni idarə edəbilmək üçün kişiyə veriləcək olan fiziki özəlliklər barəsində də bizə “məlumat verir”. Bu özəlliklər əsla yumşalmayacaq, dikliyini daima qoruyacaq olan penislər və 100 kişinin gücüdür.

Şəhidlər üçün, Allah tərəfindən onlara "böyük bir mükafat" veriləcəyi bildirilmiş və 72 bakirənin Allahın onlara verəcəyi 7 nemətdən biri olduğunu deyən hədislər də olmasına baxmayaraq, Qurana görə bu bakirələr sadəcə şəhidlərin deyil, bütün cənnət əhlinin haqqıdır.

Alıntılar

Abu Umama: "Allah Rəsulu belə buyurdu, 'Allahın cənnətinə qəbul etdiyi hər kişinin 72 qadını vardır; bunlardan ikisi huridir, yetmişi də cəhənnəm əhlinin arvadlarındandır. Hamısının arzu və şəhvət dolu orqanları var, özünün də orqanı daim diktir.' "
Sunan Ibn Majah, Zuhd (Book of Abstinence) 39
Daraj Ibn Abi Hatimin ifadəsinə görə, Abu al-Haytham 'Adullah Ibn Wahb rəvayət edir ki Abu Sa'id al-Khudhri, Peyğəmbər Məhəmməd(s.a.v)in belə dediyini eşitmiş: 'Cənnət əhlindən dərəcəsi ən aşağı olanın səksən min xidmətçisi, yetmiş iki zövcəsi vardır. Onun üçün incidən, zəbərcəddən və yaqutdan bir çadır qurulacaq. Bu çadır, Cabiyədən Sanaya qədər uzanan bir böyüklükdədir.
Al-Tirmidhi, Vol. 4, Ch. 21, No. 2687
Hurilər hər zaman bakirə qalacaqlar. Ayrıca kişilərin orqanları da əsla yumşalmayacaq. Sərtlik daimi olacaq. Orada sevişdiyinizdə aldığınız həzzi bu dünyada dadsanız, həmin an özünüzdən gedərsiniz. Hər kişinin yetmiş hurisinindən əlavə dünyada evləndiyi qadınları da yanında olacaq və hamısının şəhvət oyandıran orqanları olacaq.
Al-Itqan fi Ulum al-Qur'an, p. 351
Enes (Allah ondan razı olsun) dedi ki: Resulallah(s.a.v) dedi ki: “(Allaha və islama) xidmət edənlər cənnətdə 70 qadınla evlənəcəklər.” Birisi soruşdu, “Allah rəsulu, o adam buna dayana bilər mi ki?” Peyğəmbər cavab verdi: “Ona 100 kişinin gücü veriləcək.” Zeyd ibn Arqamın (Allah ondan razı olsun) dediyinə görə , şübhə edən bir Yəhudi ya da xristian Peyğəmbərdən(s.a.v) soruşdu: “Cənnətdə insanın(kişinin) yeyib içəcəyini mi iddia edirsən??” Peyğmbər cavabladı: “Bəli, yol göstərən Allahın adıyla, və onların hər birinə yeməkdə, içməkdə, cimada və şəhvətdə 100 kişinin gücü veriləcək.”
Sifat al-Janna, al-`Uqayli in the Du`afa’, and Musnad of Abu Bakr al-Bazzar
Bu [Quran 78:33] dairəvi sinələr deməkdir. Bununla, qızların həmyaşıd bakirələr olduqlarından, sinələrinin dairəvi və canlı olacağını göstərilir.
Tafsir Ibn Kathir, Abridged, Volume 10 Surat At-Tagabun to the end of the Qur'an, 333-334

Bəzi iddialara cavablar

  1. "72 bakirədən bəhs edən Qur'an deyil, yalnız hədislərdir"
    Quran bakirələrin sayını bildirməsə də 56:36 ayədə inanan kişilərin cənnətdə bakirələr ilə mükafatlandırılacağından bəhs edir. Quran bakirələrin fiziki özəlliklərini təsvir edir, məsələn onların iri gözləri (56:22) dolğun sinələri (78:33) və s. olacağı deyilir. Bakirələrin əsil sayı nisbətən kiçik bir detal olmaqla yanaşı, 72 sayı birdən çox hədis ilə dəstəklənir.Hədislər Islamın önəmli bir parçasıdır və bu səbəbdən bəzi Müsəlmanlar onları İslamla əlaqəli xoşa gəlməyən detalları ortaya qoyduqları üçün görməzdən gəlirlər. Cinsi mövzular üzərinə müxtəlif hədislər və Quran ayələri var. Ən etibarlı hədislərdən Səhih Bukhari (1:5:268)yə görə Məhəmməd 30 kişinin cinsi gücünə sahibdir.
  2. "Hurilərdən yox ağ rəngli quru üzümlərdən bəhs edilir"
    Christoph Luxenberg ləqəbli, İslami mövzular üzərində hərhansı bir fəaliyyəti olmayan biri tərəfindən ortaya atılan bu iddianın müxtəlif səbəblərdən səhv olduğu sübut edilib.
  3. "Islam intiharı qadağan edib"
    Bəli, intiharı qadağan edən hədislər var. (kamikadzelər isə tamam ayrı bir mövzudur) Lakin bunun Islamın Cənnətdə "haqq yolundakılar”a qadın vəd etməsi ilə əlaqəsi yoxdur.
  4. "Əgər yetmiş iki bakirə məsələsi İslamda həqiqətən önəmli mövzu olsaydı, bundan daha çox danışılardı."
    Qadınların İslamın cənnətində mükafat olmaları , özəlliklərinin təsvir edilməsi müxtəlif yerlərdə dəfələrlə ortaya qoyulur. Ayrıca, əgər Quran bir mövzudan yalnız bir dəfə bəhs edirsə belə, bu önəmsiz olduğu mənasına gəlməz; çünki Quranın hər bir sözü belə Müsəlmanlar üçün müqəddəsdir.
  5. "Hurilər həm qadınlar həm də kişilər üçündür"
    Quran iri gözlü bakirələrin kişilər üçün mükafat olduğunu açıq şəkildə vurğulayır. Digər tərəfdən, "qadınların kişilər ilə mükafatlandırılacağı" haqqında tək bir ayə belə yoxdur.
  6. "Hurilər yalnız xidmət üçündür, cinsi əlaqə üçün yox"
    Əgər bu doğru olsaydı, Quran 56:36 onların bakirə olduqlarından, və dolğun iri sinələrə sahib olduqlarından bəhs etməzdi. Ayrıca, Quran onların cinsi məqsədlər üçün olduqlarını açıq yazmasa da digər islami qaynaqlar bunu ortaya qoyur. Bir hədisdə "İnanana cənnətdə cima üçün bu qədər güc veriləcək" deyilir. Başqa qaynaqlarda da "cənnət əhlinin orqanının daim sərt olduğu" və onlardan hər birinin 100 kişinin cinsi gücünə sahib olacağı bildirilir.

Həmçinin bax

İngilis

  • Virgins - A hub page that leads to other articles related to Virgins
  • Numbers of Islam - other number-related facts about Islam

Translations

  • Bu səhifənin digər dillərdə də versiyası var: Çex, İngilis, Türk. Əlavə dil seçimi üçün soldakı menyuya baxın.

Xarici keçidlər (İngilis)

Articles
Videos
Muslim links
Humor

Videos:

Pictures: much to their surprise...

İstinadlar

  1. "And voluptuous women of equal age;" - Quran 78:33