İslam hüququnda köləlik: Difference between revisions

[unchecked revision][checked revision]
No edit summary
Line 15: Line 15:


Sira ədəbiyyatı və hədis topluları Məhəmməd tərəfindən əldə edilən kənizlərdən bəhs edir ([[İslam hüququnda zorlanma]] bölməsinə baxın) və onun Mariyə adlı Misirli bir qibti qadını hədiyyə olaraq qəbul etdiyi bildirilir.
Sira ədəbiyyatı və hədis topluları Məhəmməd tərəfindən əldə edilən kənizlərdən bəhs edir ([[İslam hüququnda zorlanma]] bölməsinə baxın) və onun Mariyə adlı Misirli bir qibti qadını hədiyyə olaraq qəbul etdiyi bildirilir.
=== Müharibə əsirləri və köləlikdə doğulan uşaqlar qanuni mənbələr kimi ===
İslamda yalnız müharibə əsirlərinin kölələşdirilə biləcəyi geniş yayılmış bir iddiadır. Lakin bu, tamamilə doğru deyil. Uilyam Gervas Klarens-Smit özünün ətraflı akademik kitabı olan ''<nowiki/>'İslam və Köləliyin Ləğvi''' əsərində Sünni məzhəbinin 800-cü ilə qədər müəyyənləşmiş köləlik üzrə konsensusu haqqında yazır: 'Kölələşdirmənin bir yolu müqəddəs müharibədə inadkar kafirlərin əsir götürülməsi idi. Digəri isə kölə anadan doğulmaq idi, bir şərtlə ki, həmin ana ağasının atalığını qəbul etdiyi bir kəniz olmasın.'<ref>{{Citation|title=İslam və köləliyin ləğvi|page=22|publisher=Oksford Universiteti Nəşriyyatı|ISBN=978-0-19-522151-0|author=Uilyam Gervas Klarens-Smit|year=2006}}</ref>
"Yuxarıda qeyd edildiyi kimi, Quranın özü kölə əldə edilməsindən yalnız döyüş nəticəsində əsir düşənlər kimi bəhs edir. Bunlar kafirlərin məğlubiyyəti nəticəsində əldə olunan müharibə qənimətlərinin mühüm bir hissəsi idi.<ref>{{Citation|url=http://etheses.whiterose.ac.uk/508/1/uk_bl_ethos_443314.pdf|title=The legal and social status of women in the Hadith literature (PDF)|author=Salma Saad|page=242|year=1990}}</ref><ref>{{Citation|url=https://books.google.com/books?id=6MC0DwAAQBAJ&pg=PA17|title=Islamic Jurisprudence on the Regulation of Armed Conflict: Text and Context|author=Nesrine Badawi (1 October 2019)|page=17|publisher=BRILL|ISBN=978-90-04-41062-6}}</ref>
[https://quran.az/47/4 Quran 47:4] ayəsi döyüşdə məğlub olan kafirlərin əsir götürülməsini, eyni zamanda onların sonda fidyə müqabilində və ya qarşılıqsız azad edilməsini buyurur. Buna baxmayaraq, Klarens-Smit qeyd edir ki: '47:4 ayəsində fidyə xüsusi olaraq tövsiyə edilsə də, Hənəfi hüquq məktəbinin banisi bu təcrübəni qadağan etmiş, bəzi sonrakı hüquqşünaslar isə hətta əsirlərin mübadiləsini belə qadağan etmişdilər.' Bu, belə bir addımın düşmənə kömək edə biləcəyi qorxusu ilə bağlı idi.<ref>U. C. Klarens-Smit, ''İslam və Köləliyin Ləğvi'', səh. 26.</ref> Qadınlara və uşaqlara gəldikdə isə, Abbasilər xəlifəsi Harun ər-Rəşidin (h. 786-809) müşaviri 'ehtiyatla bəyan etmişdi ki, qeyri-döyüşçülərin taleyini müəyyənləşdirmək möminlərin əmirinin ixtiyarındadır. Praktikada isə qənimət mütəmadi olaraq himayəyə möhtac qadınları və uşaqları da əhatə edirdi'.<ref>Elə orda. səh. 27</ref> Malik Müfti özünün ''<nowiki/>'Cihad Sənəti''' (The Art of Jihad) kitabında hərbi əsirlərlə klassik rəftar barədə müşahidə edir ki, 'bəzi erkən dövr hüquqşünasları müsəlman komandanlara yalnız onları öldürmək və ya kölələşdirmək arasında seçim imkanı verirdi', digərləri isə əsirlərin fidyə ilə və ya azad edilməsi barədə daha geniş səlahiyyət tanıyırdı.<ref>{{Citation|url=https://books.google.com/books?id=l0SyDwAAQBAJ&pg=PA5|title=The Art of Jihad: Realism in Islamic Political Thought|author=Malik Mufti (1 October 2019)|publisher=SUNY Press|page=5|ISBN=978-1-4384-7638-4}}</ref>
İslamda köləliyin razılaşdırılmış ikinci mənbəyinə — kölələrin övladlarına gəlib çıxmaq üçün Klarens-Smit izah edir ki: 'Növbəti həlledici addım, kölələşdirilə bilənlər kateqoriyasını fəth edilmiş ərazinin bütün əhalisinə şamil etmək idi. Bu, döyüş meydanında nadir hallarda rast gəlinən və ya heç olmayan qadın əsirləri təmin etdi və beləliklə, irsi köləliyə və kənizliyə yol açdı. Peyğəmbərin və səhabələrinin nümunəsi burada həyati əhəmiyyət kəsb edirdi.' Mənbələrdə Məhəmməd peyğəmbərin əsir götürülmüş yəhudi qadın və uşaqları kölələşdirdiyi bildirilir.<ref>U. C. Klarens-Smit, ''İslam və Köləliyin Ləğvi'', səh. 27.</ref> Yuxarıda qeyd edildiyi kimi, Quran da qadın kölələrlə, o cümlədən peyğəmbərin müharibə qəniməti payına düşən əsirlərlə cinsi əlaqəyə icazə verir. Üləmalar razılaşmışdılar ki, mömin kişilər qeyri-məhdud sayda kəniz saxlaya bilərlər.<ref>Elə orda. səh. 45-46</ref>
Kolumbiya Universitetində ərəb dili və İslam üzrə professor olmuş Cozef Şaxt özünün klassik dərsliyi olan ''<nowiki/>'İslam Hüququna Giriş''' (An Introduction to Islamic Law) əsərində yazırdı: 'Köləlik yalnız doğuş və ya əsir düşmə yolu ilə yarana bilər; yəni nə müqavilə ilə, nə də təhlükəsizlik zəmanəti (eman) ilə qorunmayan bir qeyri-müsəlman müsəlmanların əlinə keçərsə.' O əlavə edir: 'Qadın kölənin övladları analarının statusunu daşıyırlar, bir istisna ilə ki, sahibinin öz övladı kimi tanıdığı kənizdən olan uşaq azaddır və azad qadınla nikahdan doğulan uşaqların bütün hüquqlarına malikdir; bu qayda İslam cəmiyyətinin inkişafına ən dərindən təsir göstərmişdir.'<ref>Joseph Schact, [https://archive.org/details/INTRODUCTIONISLAMICLAWSchacht/page/n133/mode/2up An Introduction to Islamic Law], Oxford University Press, 1982 (first published 1964), p. 127</ref> Onun sonuncu şərhi, müsəlman hökmdarların kənizlərdən olan övladlarının sonradan hakimiyyətə gəldiyi hallara işarə edir.
Eynilə, professor Kesiya Əli özünün ''<nowiki/>'Erkən İslamda Nikah və Köləlik''' (Marriage and Slavery in Early Islam) kitabında evli qadın kölənin vəziyyəti haqqında yazır: 'Ağasının onun üzərindəki hüquqları subay qadın kölə üzərindəki hüquqlarından daha az idi; xüsusilə də ağa onunla cinsi əlaqə hüququnu itirirdi, lakin onun nikahından doğulan hər bir uşağa sahib olurdu.<ref>Kesiya Əli, ''"Erkən İslamda Nikah və Köləlik"'', Massaçusets: Harvard Universiteti Nəşriyyatı, 2010, səh. 67.</ref> Əgər o, ağanın öz kənizidirsə, uşaqları azad və qanuni sayılır, ağanın mülkiyyəti hesab olunmurdular.' Sahibinə övlad bəxş edən kəniz özü 'Ümmül-vələd' (uşaq anası) statusu qazanırdı; o, sahibinin vəfatı ilə avtomatik olaraq azad olurdu və satılması qadağan edilirdi, lakin sahibi onun razılığı olmadan ona azadlıq verə və ya onu başqa bir kişi ilə evləndirə bilərdi.<ref>Cozef Şaxt, İslam Hüququna Giriş, səh. 129.</ref> Həmçinin, mülkiyyətçi öz köləsi ilə evlənmək istədikdə onu azad etməli idi.<ref>U. C. Klarens-Smit, ''İslam və Köləliyin Ləğvi'', səh. 22</ref>
=== Praktikada köləliyin digər mənbələri ===
==== Xəraclar və kölə ticarəti ====
Praktikada, nə Qurana, nə hədislərə, nə də hüquq məktəblərinin banilərinə istinad edilməsə də, bir çox kölə qeyri-müsəlman dövlətlərdən xərac olaraq (buna nümunə kimi Nubiyadan gələn illik xəracı göstərmək olar; bu təcrübənin ehtimal ki, b.e. VIII əsrində başladığı, lakin VII əsrin ortalarına təsadüf etdiyi iddia edilir) və satınalma yolu ilə əldə edilirdi. Klarens-Smit yazır: 'İddia edildiyinə görə, ilk dəfə Əməvi xəlifəsi Müaviyə (h. 661–680) tərəfindən icazə verilən satınalma, yəqin ki, ən çox sayda kölə qazandıran yol idi.' O, həmçinin qeyd edir ki, 'İbn Teymiyyə müsəlmanlara, onlarla əhd-peymanı olmayan kafirlərdən borc kölələrini (borcuna görə kölə olanları) satın almağa icazə verirdi' və bu növ kölə alqı-satqısının tətbiq edildiyi müxtəlif yerləri, eləcə də müxtəlif növ qanunsuzluqlara görə məhkum edilmiş şəxslərin kölə kimi satın alınmasını qeyd edir.<ref>U. C. Klarens-Smit, ''İslam və Köləliyin Ləğvi'', səh. 31-33</ref>
Bir sıra hədislərdə Məhəmməd peyğəmbərin peşəkar kölə taciri olmasa da, öz kölələrini və ya bəzən başqalarının adından kölə satın aldığı və ya satdığı qeyd olunur (bax: ''Quran, Hədis və Alimlər: Köləlik''). Klarens-Smitin fikrincə, bu peşə (kölə ticarəti) tez-tez məzəmmət olunan (xoş qarşılanmayan) bir məşğuliyyət hesab edilsə də, üləmalar kölə ticarətini qəti şəkildə pisləməmişdilər.<ref>Elə orda. səh. 34-35</ref>
Digər tərəfdən, müsəlman cəmiyyəti daxilində (kafirlərdən satın almağın əksinə) kölələrin alqı-satqısı İslam mülkiyyət hüququnun bütün aspektləri çərçivəsində geniş şəkildə əhatə olunmuşdur; hərçənd ki, bu, öz-özlüyündə müsəlmanların əlində olan mövcud kölə ehtiyatını (sayını) artırmırdı.
==== Kölə ovu (basqınları) və adam oğurluğu ====
Klarens-Smit yazır: 'Doqquzuncu əsrdən etibarən hüquqşünaslar ''Darül-hərb'' (müharibə diyarı) sakinlərinin «hamısının potensial kölə» olması barədə o məşum nəzəriyyəni inkişaf etdirdilər. ''Darül-küfr'' (küfr diyarı) kimi də tanınan bu ərazi, ''Darül-islam''dan (Allaha təslimiyyət diyarı) kənarda yerləşirdi. Lakin Şafei hüquqşünasları ''Darül-əhd'' və ya ''Darüs-sülh''(əhd/sülh diyarı) kimi tanınan aralıq bir sfera təsəvvür edirdilər. Orada məskunlaşan qeyri-müsəlmanlar, hətta animistlər belə, müsəlmanlarla rəsmi müqavilələr bağladıqları müddətcə özbaşına kölələşdirilməkdən qorunurdular.' Hüquqşünaslar daha sonra köləliyin kafirliyə görə verilən alçaldıcı bir cəza olması arqumentini inkişaf etdirdilər. Bu, Cənubi Asiya alimlərini belə bir qənaətə gətirdi ki, əldə ediləcək bir mülk kimi rəftar edilməli olan kafirləri ələ keçirmək üçün (əvvəlcə onları İslamı qəbul etməyə dəvət etməyi tələb edən) cihad vəziyyəti vacib deyil. Bu yanaşma, basqınçılar üçün onların əlinə keçən sakinləri tamamilə öz ixtiyarlarına vermək və onları qanuni şəkildə kölə vəziyyətinə salmaq imkanı yaradırdı.<ref>Elə orda. səh. 27-28</ref>
Bir vaxtlar Afrika hökmdarları tərəfindən müqəddəs müharibə bəhanəsi ilə həyata keçirilən kölə ovu ekspedisiyaları geniş yayılmışdı və Barbar dəniz quldurları Məğrib üləmalarının xeyir-duası ilə cihad etdiklərini hesab edirdilər (hərçənd ki, bir çox alim onların lazımi səlahiyyətə malik olmadıqlarını bildirərək buna etiraz edirdi). Məğribdə, Cənub-Şərqi Asiyada, Cənubi Hindistanda və Qafqazda dəniz quldurluğu və basqınlar adi hala çevrilmişdi; bu, bəzən müqəddəs müharibədən daha böyük bir kölə mənbəyinə çevrilirdi. Ümumiyyətlə, bu proseslər hər hansı dini sanksiya və ya rəhbərlik olmadan, ən yaxşı halda isə yalnız zahiri bir dini nəzarət pərdəsi altında həyata keçirilirdi.<ref>Elə orda. səh. 29-31</ref>
==== Müsəlman hakimiyyəti altında olan Kitab əhli üçün istisna ====
Klarens-Smit dinc əhalidən kölə götürülməsi (müharibə qənimətinin əksinə) barədə yazır: '«Kitab əhli»nin və ya müqəddəs kitab sahiblərinin kölələşdirilməsinə dair erkən və aydın bir qadağa mövcud idi. Bunlar ilkin olaraq müsəlman hakimiyyəti altında dinc şəkildə yaşayan və xüsusi vergilər (cizyə) ödəyən yəhudi və xristian monoteistlər idi. Zərdüştilər sonradan çox böyük etiraz olmadan bu siyahıya daxil edildilər, lakin manixeylər kənarda saxlanıldı. Bəzi müsəlmanlar hinduların və buddistlərin bütpərəst kimi təsnif edilməsini və istənilən vaxt kölələşdirilməsini istəsələr də, bu təklif sonda rədd edildi'.<ref>U. C. Klarens-Smit, ''İslam və Köləliyin Ləğvi'', səh. 36</ref>
"Təcrübədə, inandırıcı bir İslami əsaslandırma olmasa da, dinc təbəələrdən alınan müntəzəm vergilər bəzən müsəlmanlara kölə şəklində ödənilirdi; bunun ən bariz nümunəsi xristianların öz oğullarını Osmanlı yeniçərilərinə — mənşəyi bu cür uşaq-kölə yığımlarına (devşirmə) əsaslanan elit hərbi korpusa qatılmaq üçün vermələri idi.<ref>Elə orda. səh. 36-39</ref>
Bəzi alimlərin fikrincə, İslam dövlətinin qeyri-müsəlman sakinləri cizyə vergisi ödəmədikdə və ya dövlətlə bağladıqları müqaviləni pozduqda da kölələşdirilə bilərdilər.<ref>{{Citation|url=https://books.google.com/books?id=dyZ-DAAAQBAJ&pg=PA52|title=Slavery in the Ottoman Empire and its Demise 1800-1909|author=Y. Erdem (20 November 1996)|page=26|publisher=Palgrave Macmillan UK|ISBN=978-0-230-37297-9}}</ref><ref>{{Citation|url=https://books.google.com/books?id=z3VoBgAAQBAJ&pg=PA2|title=Muslim and Christian Contact in the Middle Ages: A Reader|author=Jarbel Rodriguez (2015)|page=2|publisher=University of Toronto Press|ISBN=978-1-4426-0066-9}}</ref><ref>U. C. Klarens-Smit, ''İslam və Köləliyin Ləğvi'', səh. 39</ref>


== İstinadlar ==
== İstinadlar ==
147

edits