İslam hüququnda köləlik: Difference between revisions

Jump to navigation Jump to search
no edit summary
[checked revision][unchecked revision]
(Created page with "köləlik")
 
No edit summary
Line 1: Line 1:
köləlik
[[File:OttomanEunuchsConcubines.jpg|right|thumb|275px|1909-cu ildə Osmanlı Hərəmindəki kənizlər və xədimlər]]Qədim dövrlərdə köləlik geniş yayılmış bir təsisat idi və İslam hüquqşünaslığının (fikh) əsas mövzularından biri hesab olunurdu. Bu hüquq sahəsi kölələrin alqı-satqısı, sahiblərin cinsi əlaqə də daxil olmaqla hüquqları, evlilik və bir çox digər tərəfləri əhatə edirdi. Üləmalar tərəfindən qəbul edilən iki qanuni kölə mənbəyi müharibədə əsir götürülənlər və kölələrdən doğulan uşaqlar (əgər sahibi uşağın atası deyildisə) idi, lakin təcrübədə kölə əldə etməyin müxtəlif digər yolları da mövcud olmuşdur. Quran köləliyin mövcudluğunu təbii qəbul edir, kölə sahiblərinə cinsi əlaqə imkanı və onların nikah statusu üzərində nəzarət hüququ verir. Hətta Peyğəmbərin özünə də sahib olduğu müharibə əsirləri arasından evlənməyə (və ya bəlkə də [https://web.archive.org/web/20260311150620/https://v2.azleks.az/dictionary/keniz kəniz] saxlamağa) icazə verir. Ayələr məğlub edilmiş qeyri-müslimlərdən əsir götürülməsini buyurur, lakin eyni zamanda müharibə bitənə qədər onların fidyə müqabilində və ya qarşılıqsız azad edilməsini də qeyd edir. Həmçinin, digər gec antik dövr mədəniyyətlərində olduğu kimi, sahibləri fəzilətli kölələrin öz azadlıqlarını satın ala bilmələri üçün müqavilə bağlamağa təşviq edir. Köləlik min ildən artıq bir müddət ərzində İslam dünyasının mühüm bir xüsusiyyəti olmuşdur. Əsasən müstəmləkəçi dövlətlərin təzyiqi, habelə iqtisadi və demoqrafik dəyişikliklər nəticəsində 19-cu və 20-ci əsrlərdə bütün müsəlman dünyasında köləlik qanunsuz elan edildi (baxmayaraq ki, 2020-ci illər etibarilə Mavritaniya kimi bir neçə yerdə qeyri-qanuni olaraq hələ də davam edir<ref>2020-ci illərin əvvəllərinə olan məlumata görə, insan haqları qrupları əhalinin 20%-nin, o cümlədən uşaqların hələ də köləlikdə olduğunu təxmin edir.
 
https://www.newarab.com/features/modern-day-child-slaves-mauritania
 
Mavritaniya 1981-ci ildə köləliyi ləğv etsə də, kölə sahibliyini yalnız 2007-ci ildə cinayət hesab etmiş və 2015-ci ildə buna görə cəza tədbirləri tətbiq etmişdir.</ref>). Müasir dövrdə əksər alimlər tərəfindən haram hesab edilsə də, az sayda bir qrup köləliyin hələ də İslami baxımdan qanuni olduğunu müdafiə edir.<ref>"Müasir müsəlmanların böyük əksəriyyəti müasir dünyada köləliyə yer olmadığı barədə həmfikir olsalar da və Ser Seyid Əhməd Xan kimi bəzi on doqquzuncu və iyirminci əsr islahatçıları bu təcrübəyə qarşı çıxsalar da, köləliyin ləğvi üçün təzyiqlər ümumiyyətlə Avropa müstəmləkəçi dövlətlərinin, habelə iqtisadi və demoqrafik dəyişikliklərin müəyyən bir kombinasiyasından gəlmişdir [...] Hərçənd azadlıq (abolisiya) sonda reallaşdı, lakin kölə sahibliyinə qarşı dini prinsiplərə əsaslanan güclü, daxili olaraq inkişaf etdirilmiş bir tənqid mövcud deyildi."
 
Kecia Ali, Sexual Ethics and Islam, London: Oneworld Publications, 2006, pp. 42 ff.</ref>
 
== Kölələrin mənşəyi ==
 
=== Quran və hədislərdə ===
Quran bir neçə yerdə artıq kölə sahibi olan dinləyicilərinə müraciət etsə də, kölələrin əldə edilməsi (mənşəyi) barədə çox az məlumat verir. [https://quran.az/16/71 Nəhl surəsi, 71-ci] ayədə bildirilir ki, kölə sahiblərinin öz kölələrindən daha çox ruzi payına malik olması Allahın lütfüdür. Bəqərə surəsi, [https://quran.az/2/178 178]-[https://quran.az/2/179 179]-cu ayələrdə isə qəsdən adamöldürmə hallarında qisas (əvəz) məsələsində onların ayrı bir kateqoriya olduğu qeyd edilir. [https://quran.az/8/67 Ənfal surəsi, 67-ci] və [https://quran.az/33 Əhzab surəsi, 50-52-ci] ayələrdə Peyğəmbərə əsir götürmək hüququ verilir və müvafiq olaraq onlarla evlənməsi (və ya bəlkə də sadəcə cinsi əlaqədə olması) halal buyurulur. [https://quran.az/47/4 Məhəmməd surəsi, 4-cü] ayə möminlərə məğlub edilmiş kafirlərdən əsir götürməyi buyurur, lakin sonra əlavə edir ki, müharibə öz ağırlıqlarını yerə qoyana qədər onlar ya qarşılıqsız azad edilməli, ya da fidyə ilə buraxılmalıdırlar. Əhzab surəsi, [https://quran.az/33/26 26]-[https://quran.az/33/27 27]-ci ayələr isə ([[Beni Kureyza Qətliamı|Bəni Qureyzə]] qəbiləsi olduğu düşünülən) bir qrup insanın öldürülməsi və əsir götürülməsi hadisəsindən bəhs edir.
 
Bioqrafik material baxımından, bir çox akademik alim tərəfindən nisbətən etibarlı hesab edilən mənbələrdən biri Urvə ibn əl-Zübeyrin (vəfatı miladi 713-cü il) sonuncu Əməvi sarayına yazdığı məktublardır. Onun məktublarından biri Məkkənin fəthinə həsr olunub. Fəthdən sonra Urvə Huneyn döyüşünü qısaca təsvir edərək qeyd edir ki, Məhəmməd başqa bir yeri mühasirəyə almağa getməzdən əvvəl qadın və uşaqları qənimət kimi götürmüş, iki həftə sonra geri qayıtdıqda onların İslamı qəbul etdiyini görərək onları azad etmişdir.<ref>Urvənin beşinci məktubunun tam tərcüməsi üçün bu mənbəyə baxa bilərsiniz: Şon Entoni (Sean Anthony), ''Məhəmməd və İman İmperiyaları: İslam Peyğəmbərinin formalaşması'' (Muhammad and the Empires of Faith: The making of the Prophet of Islam), 4-cü fəsil, Oakland CA: Kaliforniya Universiteti, 2020.</ref>
 
Sira ədəbiyyatı və hədis topluları Məhəmməd tərəfindən əldə edilən kənizlərdən bəhs edir ([[İslam hüququnda zorlanma]] bölməsinə baxın) və onun Mariyə adlı Misirli bir qibti qadını hədiyyə olaraq qəbul etdiyi bildirilir.
 
== İstinadlar ==
147

edits

Navigation menu