İslam hüququnda uşaq evliliyi: Difference between revisions

Jump to navigation Jump to search
[pending revision][pending revision]
(translation)
Line 18: Line 18:
=== Təfsirlər (Quran şərhçiləri) ===
=== Təfsirlər (Quran şərhçiləri) ===
Karolin Bo özünün "Erkən İslam Hüququnda Azyaşlıların Nikahı" kitabında Quran müfəssirlərinin maliyyə və hüquqi məsuliyyət baxımından yetkinlik yaşı barədə rəylərini təsvir edir. Onları xüsusilə yuxarıda sitat gətirilən və yetimlərin mülkiyyətini onlara təhvil verməzdən əvvəl "nikah yaşına çatana" (bəlağu əl-nikah) qədər imtahan edilməsini qeyd edən Quran 4:6 ayəsi maraqlandırırdı. Onlar həmçinin eyni ayədəki "ağıllı qərar vermə qabiliyyəti" (rüşd) anlayışına nələrin daxil olduğunu da müzakirə etmişlər.<ref>Carolyn Baugh, ''Minor Marriage in Early Islamic Law'', Leiden: Brill, 2017, pp. 44-46</ref>

Bo müşahidə edir ki, əl-Sələbi və ondan əvvəlki ət-Təbəri (müxtəlif səhabələrə istinadən) kimi bir çox şərhçi Quran 4:6-dakı bulūgh l-nikāḥ (adətən "nikah [yaşına] çatmaq" kimi tərcümə olunur, hərçənd nikah hərfi mənada nikahın tamamlanması və ya cinsi əlaqə deməkdir) ifadəsini bulūgh al-ḥulum ("həddi-büluğa çatmaq") ilə eyniləşdirmişlər.<ref>Carolyn Baugh, ''Minor Marriage in Early Islamic Law'', pp. 44-47, including footnote 117</ref> Keçia Əli də oxşar şəkildə qeyd edir ki, bu eyniləşdirmə hüquqşünaslar (fəqihlər) tərəfindən atanın öz oğlunu və ya qızını artıq nikah müqaviləsinə məcbur edə bilməyəcəyi hədd kimi qəbul edilmişdir (aşağıdakı "İslam Hüququ" bölməsinə baxın).
Fəqihlər Quranda nikah yaşı üçün heç bir qəti göstərici görməsələr də, Bo insanların neçə yaşında evlənə biləcəyinə dair Qurandakı mövqe barədə bəzi birmənalı sübutların ola biləcəyini irəli sürür. O, ət-Təbərinin [https://quran.az/2?t=2 Quran 2:236-237] ayələrinin azyaşlılara deyil, yalnız qadınlara (nisa) aid olduğu barədə arqumentini qeyd edir (hərçənd bu ayələr nikah müqaviləsi ilə nikahın tamamlanması arasında uşaq nikahları üçün xarakterik olan əhəmiyyətli bir zaman fasiləsinin olduğunu nəzərdə tutur). Əl-Qurtubi də oxşar şəkildə [https://quran.az/4/3 Quran 4:3] ilə bağlı arqument gətirir ki, nisa termini qadın həddi-büluğa çatdıqdan sonra istifadə olunur.<ref>Carolyn Baugh, ''Minor Marriage in Early Islamic Law'', pp. 47-48</ref> Əslində isə "nisa" sözü Quranda bir sıra digər ayələrdə ümumiyyətlə qadın cinsindən olanlar üçün istifadə olunur ("Quranda uşaq nikahı" bölməsinə baxın).

== İstinadlar ==
== İstinadlar ==
50

edits

Navigation menu